Sosial məsuliyyət

Biz təbii resurslara qayğı ilə yanaşırıq və istehsalda ekoloji təhlükəsizlik prinsiplərini əsas tuturuq.

Biz qiymətli balıq növlərinin həyat fəaliyyətinin tədqiq edilməsi və balıq sənayesinin optimallaşdırılması üçün elmi mərkəzlər yaradırıq.

Biz satılan hər bir kürü bankasının əvəzində 10 körpə nərə balığını dənizə buraxmaqla Xəzərdə nərə balıqlarının populyasiyasının bərpa olunması təşəbbüsü ilə çıxış etmişik.

Biz nadir Xəzər qızıl balıqlarının populyasiyasının bərpası ilə məşğuluq və Xəzər ekosisteminin vəziyyətinin yaxşılaşdırılması istiqamətində elmi tədqiqatlara sərmayə yatırırıq.

Biz əhalini layiqli əmək haqqı və sosial paketi olan leqal işlə təmin etməklə brakonyerliyin qarşısını alırıq.

Biz Azərbaycanın balıq sənayesinin tarixi muzeyinin yaradılması üzərində işləyirik və akvamədəniyyət sahəsində ixtioloqlar, texnoloqlar və kürü ustaları kimi yeni mütəxəssislər yetişdiririk.

Biz doğma ölkəmizin gələcəyini onun aqrar sahələrinin inkişafına sərmayə qoymaqla və beynəlxalq bazarda keçmiş şöhrətini qaytarmaqla yaradırıq.