Fermalar

Zaqatala
Alabalıq yetişdirmə ferması
Neftçala
Nərə balığı yetişdirən ferma
Qəbələ
Xəzər qızılbalıq yetişdirmə ferması
Mingəçevir
Cage farming of Caspian Salmon and Trout at the Mingachevir Water Reservoir

Zaqatala balıqçılıq təsərrüfatı 1979-cu ildən fəaliyyət göstərir və qiymətli şirin su alabalığının yetişdirilməsi üçün təchiz olunmuşdur.

Biz istehsalatda əhəmiyyətli yenidənqurma işləri apardıq və yüksəkkeyfiyyətli balığın ideal şəraitdə yetişdirilməsinə davam edirik. Dağ mənbələrindən təmiz su, əlverişli ekoloji şərait, təbii yem bazası dadlı və faydalı çay alabalığının istehsalına kömək edir. Hal-hazırda biz ildə XXXX ton alabalıq istehsal edirik. Bu miqdar həm regional tələbatı ödəyir, həm də xarici tərəfdaşlarımıza ixrac edilir.

Zaqatala balıqçılıq təsərrüfatına baş çəkin, balığın necə yetişdirildiyini öz gözünüzlə görün. İnkubasiya aparatlarında və axar hovuzlarda balıqların yetişdirilməsindən tutmuş hisxanalar və minalanma sexlərinə qədər bütün prosesi göstərmək məqsədilə məxsusən sizin üçün nümayiş mərkəzi açıldı.

Neftçala rayonunu balıqçılıq fəaliyyəti üçün əlverişli edən amil burada Xəzər dənizinə tökülən Kür çayıdır. O, xüsusi ixtiofaunaya malikdir və qolları ilə birlikdə kürütökmə üçün münasib şərait yaradır. Məhz buna görə də 1954-cü ildə burada Kür istehsalat-eksperimental zavodu tikilmiş və bu günədək bütün dünyanın istifadə etdiyi nərə balığının süni yetişdirilməsi texnologiyaları hazırlanıb işlənmişdir. Onun yenidən qurulması Azerbaijan Fish Farm-ın daha bir mühüm layihəsi oldu.

LU-MUN Holding Respublikada akvakulturanın inkişafı üzrə proqramların reallaşdırılması çərçivəsində Kür balıq zavodunun yenidən qurulmasını həyata keçirmiş və onun əsasında “Yenikənd” damazlıq nərə balığı təsərrüfatını yaratmışdır. Fiziki və mənəvi cəhətdən köhnəlmiş müəssisə güclü təkan almışdır. Peşəkar yanaşma və yeni texnologiyaların istifadə olunması balıq və balıq məhsullarının istehsalını artırmağa imkan vermişdir.

Biz müasir yüksəkintensivli sənaye texnologiyalarını və gölməçələrin akvakulturası ilə bağlı ənənəvi prinsipləri bir araya gətirdik.

Yenidən qurulmuş müəssisənin istehsal proqramı aşağıdakı istiqamətlər üzrə reallaşdırılır:

  • Xəzər hövzəsinin təmiz nərə balıq növlərinin istehsalçıları bankının formalaşdırılması;
  • Xəzər dənizində nərə balıqlarının ehtiyatlarının artırılması üçün körpə nərə balıqlarının yetişdirilməsi;
  • kommersiya məqsədləri üçün canlı mayalanmış kürü, sürfələr və körpə nərə balıqlarının istehsalı;
  • nərə balığı növlərinin satış üçün yetişdirilməsi;
  • nərə balığı məhsullarının istehsalı ilə məşğul olan təkrar istehsal zavodlarını və ticarət müəssisələrini təmin etmək üçün nərəkimilərin yetişdirilməsi.

Azerbaijan Fish Farm — milli balıqçılıq tarixində öz təsərrüfatlarında qapalı su təchizatı sistemini tətbiq edən ilk şirkətdir. Bu texnologiya nərəkimilərin yetişdirilməsi və becərilməsi prosesində tamamilə yeni yanaşmadır. O, körpə balıq təsərrüfatında suyun keyfiyyətini maksimal nəzarət altında saxlamağa və eyni zamanda açıq qaynaqlardan su anbarına olan tələbatı iki dəfə azaldaraq təbii resurslara qənaət etməyə imkan verir.

Balıqlar təbii şəraitə maksimum yaxın olan şəraitdə böyüyür və inkişaf edir. İlk mərhələdə bu proses heç bir kimyəvi qatqısı olmayan şirin Kür suyunda baş verir. Daha sonra yetişmiş nərə balıqları duzlu dəniz suyuna köçürülür. Kürü hasilatı prosesi bütün il boyu davam edir.

Maraqlı faktlar
Kür balıq zavodunda hovuz və kombinələşdirmə üsulları vasitəsilə və hipofizar inyeksiyasının tətbiqi yolu ilə nərə balıqlarının süni yetişdirilməsi biotexnikası hazırlanmışdır. Azərbaycan mütəxəssisləri inkubasiya prosesində optimal temperatur hesablamaları aparmış, onların metodikası balıq sənayesi sahəsində inqilab etmiş və balıqyetişdirmə dərsliklərinə daxil olmuşdur.

Azerbaijan Fish Farm-ın ən ümdə vəzifələrindən biri unikal Kür qızıl balıqlarının populyasiyasının qorunmasıdır.

Salmonidae cinsinin ən qiymətli növlərindən biri bu gün həm də ən nadir növlərindən birinə çevrildi.

Kür və Araz çaylarının yuxarı hissələrində təbii kürütökmə şəraitindən tamamilə məhrum olan bu balıq növünü xilas etmək üçün əlimizdən gələni etməliyik. Xəzər və ya Kür qızılbalığının yağı 26,9% təşkil edir ki, bu da qızılbalıqlar ailəsində ən yüksək göstəricidir.

O, yüksək keyfiyyəti ilə məşhurdur və haqlı olaraq ən yaxşı balıq məhsullarından biri hesab edilir. Kür və Xəzər qızıl balıqlarının süni yetişdirilməsi texnologiyaları 1954-cü ildə Çuxur-Qəbələ zavodunda işlənib hazırlanmışdır.

Burada inkubasiya şəraitində körpə balıqların yetişdirilməsi üçün ilk təsərrüfatlar tikilmişdi. İndi bu mühüm işi Azerbaijan Fish Farm davam etdirir. Hər il biz 2,5 milyona qədər körpə balıq yetişdirməyi planlaşdırırıq və nadir növlərin populyasiyasının artması məqsədilə onların bir qismini Xəzər dənizinə buraxacağıq.

Alabalıq yetişdirmə kompleksi — Azerbaijan Fish Farm-ın qiymətli balıq növlərinin yetişdirilməsi üzrə layihəsinin üçüncü və yekun mərhələsidir.

Biz onu “dəniz layihəsi” adlandırdıq. Burada 250 qrama çatan körpə balıqlar şirin sudan dəniz suyuna düşür və 2 kiloqrama və daha yuxarı artmağa davam edir.

Həmin kompleksdə Azərbaycanda daimi tələbata malik olan, dadlı və faydalı xüsusiyyətləri ilə tanınan qızılbalıq və alabalıq filesi istehsal edilir.