Azerbaijan Fish Farm yerli və beynəlxalq bazarlarda aşağıdakı brendlər altında yüksəkkeyfiyyətli məhsullar təqdim edir:

Azerbaijan Fish Farm — soyudulmuş və dondurulmuş çay alabalığının, yerli nərə balığının və təbiətdə artıq nadir hallarda rast gəlinən Xəzər qızılbalığının yetişdirilməsi və satışı.

Baku Delicatessen — əsl qurmanlar üçün istifadəyə hazır balıq məhsullarıdır: soyuq hisə verilmiş qızılbalıq və ağbalıq, isti hisə verilmiş nərə balığı, eləcə də soyuq və isti hisə verilmiş alabalıq.

Baku Caviar — süni əlavələrdən və konservantlardan istifadə etmədən klassik üsulla istehsal edilmiş təbii Azərbaycan qara kürüsü. Çeşiddə rus və fars (Kür) nərə balığı, alabalığı və uzunburun kürüsü mövcuddur.

Azerbaijan Fish Farm

— təzə və soyudulmuş dadlı balıqdır. Bu marka altında, balıq fermalarımızda yetişdirilən soyudulmuş və dondurulmuş balıq satırıq. Biz ölkənin bütün iri pərakəndə şəbəkələrini, ictimai iaşə müəssisələrini balıqla təchiz edirik. Brendin çeşidləri daim genişlənir və bu gün çay alabalığı, nərə balığı, ağbalıq, uzunburun, Xəzər qızılbalığı kimi məhsullar daxildir. Bizim missiyamız ölkəmizin əlverişli qiymətə keyfiyyətli və təbii məhsullarla təmin edilməsi, həmçinin idxalın tədricən əvəzləşdirilməsidir.

Baku Caviar

— əsl Azərbaycan qara kürüsü dünyanın hər yerində tanınan və sevilən bir delikatesdir. Xəzərin sahillərində hasil edilən, bir çox məşhur insanların qəlbini fəth etmiş ağbalıq, nərə balığı və uzunburun kürüsü haqqında əfsanələr gəzir. “Baku Caviar”, kürü istehsalının ən yaxşı ənənələrini davam edir və ən müasir akvakultura üsullarını tətbiq edir. 1954-cü ildən biz kürünü kürü dənələrini bütov saxlamağa imkan verən, dadının dolğunluğunu təmin edən, konservant və süni əlavələrdən istifafə etmədən klassik üsulla hasil edirik. Bizim istehsal prosesi beynəlxalq standartlara tam uyğundur ə CITES ekologiya sertifikatına malikdir. Fəaliyyətimizin əsas prinsiplərindən biri ətraf mühitə qayğıdır və satılan hər bir kürü bankasının əvəzində 10 körpə nərə balığını Xəzər dənizinə buraxırıq.

Baku Delicatessen

— ən qiymətli balıq növlərindən olan premium-klass məhsullarıdır. İsti və soyuq hisə verilmiş nərə balığı və qızılbalıq orqanizm üçün həyati əhəmiyyət kəsb edən mikroelement və vitaminlərdən ibarətdir. Məhz buna görə, məhsullarımızın bütün faydalı keyfiyyətlərini və dad xüsusiyyətlərini qoruyub saxlamaq üçün biz vakuum qablaşdırmadan istifadə edirik. Balıq delikateslərinin mükəmməl təzəliyi istehsalın bütün mərhələlərində ciddi nəzarətlə təmin edilir. Biz beynəlxalq keyfiyyət standartlarına uyğun çalışırıq və alıcıların fikri və dad üstünlüklərini nəzərə alaraq çeşidimizi daima genişləndiririk.