Haqqımızda

Missiya
Vizyon
Dəyərlər
Qayğı

Azərbaycanın təbii sərvətlərini bərpa etmək və artırmaq, yerli əhalini keyfiyyətli balıq məhsulları ilə münasib qiymətə təmin etmək, idxal olunan mallara alternativ yaratmaq və ərzaq təhlükəsizliyini təmin etməklə ölkənin aqrar sektorunun inkişafına töhfə vermək.

Bizim üçün yeganə mümkün olan inkişaf yolu sosial məsuliyyətli biznesdir. Ekoloji cəhətdən zərərsiz istehsal, ölkənin regionlarında iqtisadi vəziyyətin və əhalinin həyat səviyyəsinin sabitləşməsinə töhfə.

Əsas dəyərlərimizi hər zaman və hər şeydə rəhbər tuturuq.

— Keyfiyyətə zəmanət: məhsullarımız ən tələbkar müştərilərin ən ciddi standartlarına və gözləntilərinə cavab verir.

— Qüsursuz nəticə əldə etmək üçün can atırıq, gücümüzü və səriştəmizi əsirgəmirik.

— İnsanlara və təbiətə diqqət: tərəfdaşların sorğularına diqqətlə yanaşırıq, əməkdaşlarımıza qayğı göstəririk, ekoloji normalara riayət edirik, ətraf mühitin mühafizəsi ilə bağlı layihələrə sərmayə yatırırıq.

— Şirkətin potensialını və kollektivimizin səriştəsini daim gücləndirərək bazarda olan çətinliklərin öhdəsindən gəlirik.

İnsanların sağlamlığı — ən vacib prioritetimizdir! Mükəmməl nəticələrimiz yüzlərlə peşəkarın ürəyinin, səyinin və təcrübəsinin vəhdətidir.

Məqsədimiz odur ki, Azərbaycan Fish Farm şirkətinin məhsulları, gəlir səviyyəsindən asılı olmayaraq, ölkəmizin hər bir sakini üçün münasib olsun — Xəzər nərə balıqlarının kürüsü dünyada ən yaxşılardan biri hesab edildiyi və hər bir qonaqlığın dəyişməz atributu olduğu zamanlardakı kimi!